Premyer Liqa klubuna təklif olundu “Barselona”lı ulduz

5 Noyabr 2021 10:20 İspaniya 831
Premyer Liqa klubuna təklif olundu “Barselona”lı ulduz

“Barselona” Filippe Koutinyo ilə yollarını ayırmaq niyyətindədir.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi qışda heyətinə yeni oyunçular qatmaq üçün gəlir əldə etmək istəyir.

“Barselona”da klubu tərk etməyə ilk namizəd Koutinyodur. Kataloniya təmsilçisi braziliyalı yarımmüdafiəçini “Nyukasl”a təklif edib.

Premyer Liqa klubu da 29 yaşlı yarımmüdafiəçini heyətinə qatmaqda maraqlıdır. Koutinyo bu mövsüm “Barselona” ilə 8 oyuna çıxıb və 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı