Xavinin “Barselona”ya baş məşqçi təyin olunacağı vaxt

4 Noyabr 2021 12:00 İspaniya 828
Xavinin “Barselona”ya baş məşqçi təyin olunacağı vaxt

Qətərin “Əl Sədd” klubunun baş məşqçisi Xavi Ernandesin İspaniya “Barselona”sının “sükanı arxasına” keçəcəyi vaxt müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi 41 yaşlı mütəxəssisin təyinatını noyabrın 8-də açıqlayacaq.

İddiaya görə, onunla 2024-cü ilin yayınadək müqavilə imzalanacaq.

Daha öncə İspaniya mətbuatı “Barselona” rəhbərliyinin Xavi və “Əl Sədd” rəhbərliyi ilə danışıqlar aparmaq üçün Qətərə yola düşdüyünü yazıb.

“Əl Sədd” rəhbərliyinin Xavini buraxmaq üçün “Barselona”dan 1 milyon avro təzminat tələb etdiyi bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı