“Barsa”ya 1 milyonluq yeni şərt irəli sürdü – Ərəblər

3 Noyabr 2021 22:00 İspaniya 740
“Barsa”ya 1 milyonluq yeni şərt irəli sürdü – Ərəblər

“Barselona”nın Xavini baş məşqçi gətirmək planı baş tutmur.

Sportinfo.az xəbər verir ki, Xavinin çalışdırdığı Qətərin “Əl-Sədd” klubu “Barselona”ya güzəşt etmək niyyətində deyil.

Müqaviləyə görə, Xavinin xidmətində maraqlı olan klub “Əl-Sədd”ə 1 milyon avro ödəməlidir.

Amma məsələ bununla da həllini tapmır. Qətər klubu yeni şərt irəli sürüb. Bildirilib ki, Xavi ilə bağlı təklifi “Barselona”nın prezidenti Xuan Laporta şəxsən özü etməlidir.

Bir müddət əvvəl bildirilmişdi ki, Laporta danışıqlar üçün Dohaya getməyəcək. Klub adından danışıqları vitse-prezident Rafa Yusta ilə idman direktoru Matey Alemaninin aparacağı deyilirdi.

“Barselona”nın bu şərtə reaksiyası hələ ki, məlum deyil. Xavinin “Əl-Sədd”lə müqaviləsi 2023-cü ilə qədər nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!