Messi “Barsa”ya qayıtmaq istədiyini etiraf etdi, amma...

1 Noyabr 2021 18:40 İspaniya 886
Messi “Barsa”ya qayıtmaq istədiyini etiraf etdi, amma...

PSJ-nin ulduzu Lionel Messi “Barselona”ya qayıtmaq istəyib-istəmədiyi barədə sualı cavablandırıb.

Sportinfo.az xəbər verir ki, argentinalı hücumçu sabiq klubuna qayıtmaq istədiyini etiraf edib.

Amma o, “Barsa”ya funksioner kimi dönmək istədiyini bildirib:

“Barselona”ya qayıdaram? Bəli, həmişə demişəm ki, kluba kömək etmək şansımın olmasını istəyirəm.

Nə vaxtsa bu klubda texniki katib olmaq istərdim. Amma belə bir fürsətimin olub-olmayacağını bilmirəm.

Əgər belə fürsətim olacaqsa, bu klubun inkişafı üçün əlimdən gələni edərəm. Bu klubu sevirəm və istəyirəm ki, “Barselona” daim inkişaf etsin”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti