"Barselona" özünə baş məşqçi tapdı - MÜVƏQQƏTİ

28 Oktyabr 2021 18:20 İspaniya 1 089
"Barselona" özünə baş məşqçi tapdı - MÜVƏQQƏTİ

"Barselona"da əsas komandanın müvəqqəti baş məşqçisi bəlli olub.

Sportinfo.az xəbər verir ki, əvəzedici heyətə rəhbərlik edən Serxi Barxuan yeni təyinat gerçəkləşənədək əsas komandanın sükanı arxasında olacaq.

Sabiq baş məşqçi Ronald Kuman "Rayo Valyekano"ya 0:1 hesabı ilə uduzduqları XI tur oyunundan sonra istefa verib.

Qətərin "Əl Sədd" klubunda işləyən Xavi Ernandesin İspaniya nəhənginə baş məşqçi təyin olunacağı gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı