Nəhayət, Ronald Kuman "Barselona"dan istefa verdi

28 Oktyabr 2021 10:00 İspaniya 896
Nəhayət, Ronald Kuman "Barselona"dan istefa verdi

Ronald Kuman "Barselona"nın baş məşqçi vəzifəsini tərk edib.

Sportinfo.az xəbər verir ki, qərar Kataloniya komandasının çərşənbə günü İspaniya çempionatında "Rayo Valyekano"ya səfərdə 0:1 hesabı ilə uduzmasından sonra verilib.

Kuman 19 avqust 2020-ci ildən "Barselona"ya rəhbərlik etməyə başlayıb. Komanda İspaniya çempionatının cari mövsümündə 10 matçdan sonra 15 xal toplayaraq turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

“Barselona” Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi 3 oyundan sonra Portuqaliya “Benfika”sına və Almaniya “Bavariya”sına 0:3 hesabı ilə uduzmaqla yanaşı, Ukraynanın “Dinamo” (Kiyev) komandasına 1:0 hesabı ilə qalib gələrək, qrupda üçüncü yerdə qərarlaşıb.

Kuman 2018 - 2020-ci illərdə Niderland millisinə rəhbərlik edib, baş məşqçi kimi “Vitess”, “Ayaks”, PSV, AZ, “Feyenoord”, Portuqaliyanın “Benfika”, İspaniyanın “Valensiya”, İngiltərənin “Everton” və “Sautgempton” klublarında da çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!