"Yalnız müqavilə imzalamaq qalmışdı, sonda dostlarım mənə və kluba xəyanət etdi"

28 Oktyabr 2021 01:38 İspaniya 780
"Yalnız müqavilə imzalamaq qalmışdı, sonda dostlarım mənə və kluba xəyanət etdi"

"Barselona"nın Braziliyadakı skautu Andre Kyuri "Real"ın futbolçusu Vinisuis Juniorun Kataloniya klubuna keçmək ehtimalının da olduğunu bildirib.

Sportinfo.az xəbər verir ki, skaut Vinisiusun “Barsa”ya deyil, “Real”a keçidini bu cür əsaslandırıb:

“Vinisius əvvəllər “Barsa”nı dəstəkləyirdi. “Barselona” PSJ-ni 6:1 hesabı ilə məğlub edəndə sevincindən ağlayırdı.

Vinisius əsl “Barselona” fanatı idi. Onun bu kluba keçidi həll olunmuşdu. Hər 2 agenti də mənim yaxın dostlarım idi.

Bütün danışıqlar həll olunmuşdu, yalnız müqavilə imzalamaq qalmışdı.

Amma sonda dostlarım mənə və kluba xəyanət etdi. Bu hadisə 2017-ci ildə baş vermişdi. O vaxtdan bu yana onlarla danışmıram”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!