Çöküşdə olan "Barselona" yenə uduzdu - VİDEO

28 Oktyabr 2021 00:14 İspaniya 421
Çöküşdə olan "Barselona" yenə uduzdu - VİDEO

İspaniya La Liqasında XI tura start verilib.

Sportinfo.az xəbər verir ki, "Barselona" səfərdə "Rayo Valyekano"nun qonağı olub.

Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 30-cu dəqiqədə Radamel Falkao vurub.

Bu nəticədən sonra xallarını 19-a çatdıran "Rayo Valyekano" 5-ci pilləyə yüksəlib. Kataloniya təmsilçisi isə 15 xalla 9-cu sırada qalıb.

"Barselona" ötən tur El Klasikoda "Real Madrid"ə 1:2 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!