"Barselona" sanksiya ilə hədələdi - Fransalı hücumçunu

27 Oktyabr 2021 01:24 İspaniya 656
"Barselona" sanksiya ilə hədələdi - Fransalı hücumçunu

"Barselona" futbolçusu Usman Dembele ilə yeni müqavilə barədə danışıqları davam etdirir.

Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi fransalı hücumçu ilə razılıq əldə olunacağına inanır.

Kataloniya təmsilçisi sözləşmənin müddətini 2025-ci ilin yayınadək uzatmaq niyyətindədir.

Tərəflər ortaq məxrəcə gələ bilməsələr, "Barselona" 24 yaşlı forvarda sanksiya tətbiq edə bilər. Klub Dembelenin əsas komandanın məşqindən və oyunlarından uzaqlaşdırılma ehtimalını istisna etmir.

Daha əvvəl La Liqa klubunun Fransa millisinin üzvünə müqavilənin uzadılmasına razılıq verməsi üçün təzyiq göstərdiyi iddia olunurdu.

Usman Dembelenin "Barselona" ilə hazırkı sözləşməsinin müddəti 2022-ci il iyunun 30-da başa çatacaq. Hücumçu cari mövsümdə zədə səbəbindən meydana çıxmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!