Kuman "el klasiko"da “Real”a məğlubiyyəti şərh etdi

26 Oktyabr 2021 01:50 İspaniya 545
Kuman "el klasiko"da “Real”a məğlubiyyəti şərh etdi

“Barselona”nın baş məşqçisi Ronald Kuman La Liqada “Real”a uduzduqları oyundan (1:2) sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, niderlandlı mütəxəssis matçın ilk hissəsində yaxşı oyun sərgilədiklərini deyib:

“İlk hissədə daha yaxşı olan tərəf biz idik. Oyunu idarə edirdik və qol vurmaq üçün əla şansımız yaranmışdı.

Fasilədən sonra “Real” üstünlüyü ələ aldı. Yaxşı oyun nümayiş etdirib, sonda üç xalı qazandılar”.

Digər Xəbərlər
Xəbər Lenti