"Məndən nə istədiyini soruşsam da, cavab vermədi"

13 Oktyabr 2021 00:00 İspaniya 405
"Məndən nə istədiyini soruşsam da, cavab vermədi"

"Beşiktaş"ın "Barselona"dan icarəyə götürdüyü Miralem Pyaniç açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı bosniyalı yarımmüdafiəçi katalonlarda qalmamasının səbəbini açıqlayıb:

"Beşiktaş"ın təklifini düşünmək üçün cəmi 1 saatım var idi. Hər şey son anda gerçəkləşdi. "Barselona"da vəziyyətin mənim üçün dəyişməyəcəyini bilirdim.

Ronald Kuman yenə məni oynatmayacaqdı. O, səbəb göstərmədən mənə şans vermirdi. Bu barədə bir söz demirdi.

Orada qalsaydım, oynamayacaqdım, bu, açıq-aydın belə idi. Kumanla çalışmağım mümkünsüz idi. Mən oynamaq, insanlara nələri bacardığımı göstərmək istəyirdim.

Kumana qarşı yanlış addım atmamışam. Futbolçu olaraq nə üçün oynamadığımı bilməliyəm. Problemin nə olduğu mənə söylənilməli idi.

Kumana yaxınlaşıb, məndən nə istədiyini soruşsam da, cavab vermədi. O, mənə nəsə deyə bilərdi, amma bunu etmədi.

Ayrılığımdan sonra "Barselona"dakı rəhbər şəxslər mənə uğurlar arzuladılar. Lakin onlar da nə üçün oynamadığımı anlamadıqlarını bildirdilər. Olan olub, gələn yay yenidən "Barselona"da olacam".

Digər Xəbərlər
Xəbər Lenti