“Barselona” 50 milyon avro qiymət qoyub - Bu “körpə”yə

12 Oktyabr 2021 00:14 İspaniya 921
“Barselona” 50 milyon avro qiymət qoyub - Bu “körpə”yə

“Barselona”nın futbolçusu Qavinin sərbəstqalma məbləği məlum olub.

Sportinfo.az xəbər verir ki, bu mövsüm sərgilədiyi oyunla diqqətləri üzərinə çəkən ispan yarımmüdafiəçinin hazırda sərbəstqalma məbləği 50 milyon avrodur.

“Barselona”nın vitse-prezidenti Raf Yust 17 yaşlı futbolçunu klubda saxlayacaqlarını bildirib: “Biz onun təhlükəsizliyini təmin edəcəyik. “Barselona” onun evidir”.

“Barselona”nın yetirməsi olan Qavi bu mövsüm Kataloniya təmsilçisiylə 8 oyuna çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı