“Belə futbolçuları itirirsənsə, onların yerini doldura bilməzsən”

11 Oktyabr 2021 18:20 İspaniya 652
“Belə futbolçuları itirirsənsə, onların yerini doldura bilməzsən”

Fransa yığmasının sabiq baş məşqçisi Loran Blan “Barselona”nın durumu haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Blan futbolçu karyerasında “Barsa”nın da şərəfini qoruyub.

O, İspaniya nəhənginin bir çox səhvlərə yol verdiyini vurğulayıb:

“Hesab edirəm ki, onlar fundamental səhvə yol verdilər. Mən burda təkcə Messini yox, 4-5 il əvvəl komandanı tərk edən bir neçə futbolçunu da nəzərdə tuturam.

“Barselona” futbolçuları itirdirdi. Belə komanda bu cür səhvlərə yol verməməli idi. Messi, Neymar kimi futbolçuları itirirsənsə, təbii ki, onların yerini doldura bilməzsən.

Fransa futbolu üçün inanılmaz bir dövrdür ki, Messi, Neymar, Mbappe bu çempionatda çıxış edirlər. Bəli, PSJ başqa planetdir, amma Fransa çempionatında bu səviyyəli futbolçuların olması da vacibdir”.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da