"Messi olmasaydı, bu klubun aqibəti necə olardı?" - İKİBAŞLI SUAL

7 Oktyabr 2021 15:20 İspaniya 686
"Messi olmasaydı, bu klubun aqibəti necə olardı?" - İKİBAŞLI SUAL

İngiltərə yığmasının sabiq futbolçusu Qari Lineker “Barselona”nın durumu haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Lineker Kumanın iş metodunu müdafiə edənlərdən olub.

O, hazırda həmin mövqedə qalırmı? Maraqlıdır ki, Qari bu suala konkret cavab verə bilməyib:

“Hələ də hesab edirəm ki, Kuman “Barsa”da əla işləyir? Bilmirəm (gülür). Amma yenə də düşünürəm ki, bu, çox çətin işdir.

O, “Barsa”ya ən pis dönəmdə gəldi. Bu komandanın bütün oyunlarına baxıram. “Barsa” “Lester”dən sonra mənə ən doğma klubdur.

Son vaxtlar isə özümə bu sualı verməli oluram: Əgər nəvaxtsa bu klubda Messi peyda olmasaydı, “Barsa”nın aqibəti necə olardı? Cavab isə indiki “Barsa”dır”.

Digər Xəbərlər
Xəbər Lenti