"Belə məqamda Messi də nəyi isə dəyişə bilməzdi" - Sabiq “Barsa”lı

5 Oktyabr 2021 12:00 İspaniya 795
"Belə məqamda Messi də nəyi isə dəyişə bilməzdi"  - Sabiq “Barsa”lı

“Barselona”nın sabiq futbolçusu Aleksandr Qleb komandanın hazırkı durumu haqda danışıb.

Sportinfo.az xəbər verir ki, belaruslu keçmiş yarımmüdafiəçi "Barsa”nın çətin durumda olduğunu deyib.

O bildirib ki, indiki durumda komandaya Messi də kömək edə bilməzdi: “İndi nəsil dəyişməsi gedir. Belə məqamda Messi də nəyi isə dəyişə bilməzdi.

Əvvəllər “Barselona”da gənclərlə təcrübəlilərin vəhdəti vardı. Həmişə liderlər olurdu. Həmin futbolçular ya karyeralarını bitirdilər, ya da komandanı dəyişdilər.

Bundan sonra baş verəcəklər isə klubun transfer siyasətindən asılıdır. Hesab edirəm ki, keçid dövrü hələ iki mövsüm də çəkəcək”.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı