“İstefa verməyi düşünürsüzmü” sualına belə cavab verdi

30 Sentyabr 2021 22:20 İspaniya 941
“İstefa verməyi düşünürsüzmü” sualına belə cavab verdi

“Barselona”nın baş məşqçisi Ronald Kuman Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Benfika”ya məğlub olduqları oyundan sonra komandadakı gələcəyi haqda fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, Kuman, “istefa verməyi düşünürsüzmü” sualına belə cavab verib:

“Gələcəyim haqda nəsə deyə bilmərəm. Klubun bu məsələdə nə düşündüyünü bilmirəm. Bu, mənim əlimdə deyil. Görək, necə olacaq.

Bütün diqqətim komandadadır. Futbolçuların dəstəyini hiss edirəm”.

“Barselona” Çempionlar Liqasında “Benfika”ya (Portuqaliya) 0:3 hesabıyla uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı