Bu gün “Barselona”da iclasdır – KUMANI QOVURLAR?

30 Sentyabr 2021 12:20 İspaniya 848
Bu gün “Barselona”da iclasdır – KUMANI QOVURLAR?

“Barselona” Çempionlar Liqasında “Benfika”ya məğlub olduqdan sonra klubda gərginlik yaranıb.

Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi bu gün toplantı keçirəcək.

Əsas məqsəd isə klubun uğursuz çıxışını müzakirə etmək, səbəbləri müəyyənləşdirməkdir.

Klub rəhbərliyi hələ də israrla bildirir ki, baş məşqçi Ronald Kumana güvənirlər. Amma İspaniya mətbuatında yayılan xəbərlərdə bildirilir ki, bu dəstəyə baxmayaraq, Kuman istefaya da göndərilə bilər.

Onun yerinə iki əsas namizədin olduğu bildirilir. Komandanın sabiq futbolçusu Xavi və Belçika yığmasının baş məşqçisi Roberto Martines.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı