"Bu addımla onların qəlbini qırmaq fikrim olmayıb"

30 Sentyabr 2021 00:00 İspaniya 737
"Bu addımla onların qəlbini qırmaq fikrim olmayıb"

Yayda "Bavariya"dan "Real"a keçən David Alaba açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Avstriya millisinin üzvü bunları deyib:

"Bəli, "Real"ın emblemini öpdüm, amma bu, "Bavariya"nı sevmədiyim mənasına gəlməməlidir. Mənim "Real"a gəlişim xüsusi an idi. Həyatımda yeni addım idi.

Bu addımla "Bavariya" azarkeşlərinin qəlbini qırmaq fikrim olmayıb. Orada 13 möhtəşəm il keçirtdim. Münhen daim ikinci evim olub. Onlara çox minnətdaram".

29 yaşlı futbolçu yayda "Real"la müqavilə bağlayıb və imza mərasimində Madrid təmsilçisinin emblemini öpüb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!