1 ildən sonra meydana çıxdı, iddialı açıqlama verdi

28 Sentyabr 2021 00:00 İspaniya 1 117
1 ildən sonra meydana çıxdı, iddialı açıqlama verdi

“Barselona”da bir illik fasilədən sonra yenidən yaşıl meydanlara qayıdan Ansu Fati açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 2020-ci ilin noyabrından zədəli olan və o vaxtdan sonra ilk dəfə dünən “Levante” ilə oyunda şans qazanan Fati 10 nömrəli formanın ona verilməsiylə bağlı bunları deyib:

“Biz “Barselona”yıq və hər şey titulları qazanmaq üçündür. 10 nömrəli formanı geyinmək təzyiqi artırmaz, qürur verər”.

“Barselona” “Levante”ni 3:0 hesabıyla məğlub edib. Oyunda 81-ci dəqiqədə meydana daxil olan Fati, 90+1-də komandasının sonuncu qolunu vurub.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı