"Prezident, onu transfer edin" dedi, "gələn il" cavabı aldı

26 Sentyabr 2021 22:00 İspaniya 837
"Prezident, onu transfer edin" dedi, "gələn il" cavabı aldı

"Real"ın La Liqanın 7-ci turunda "Vilyarreal"la matçından (0:0) sonra maraqlı an yaşanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "Directo Gol" məlumat yayıb.

Görüşün ardından klub prezidenti Florentino Peres komandanın azarkeşləri ilə söhbət edib. Bu zamanı azarkeşlərdən biri ona deyib:

"Prezident, Kilian Mbappeni (PSJ-nin futbolçusu - red.) transfer edin". Peres isə fanata belə cavab verib: "Gələn il".

"Real" bir neçə dəfə Mbappe üçün PSJ-yə transfer təklifi göndərsə də, qarşı tərəf bunu qəbul etməyib.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı