"Yaxşı reaksiya versək də, qolu gec vurduq"

22 Sentyabr 2021 00:14 İspaniya 357
"Yaxşı reaksiya versək də, qolu gec vurduq"

“Barselona”nın futbolçusu Serxio Buskets La Liqanın 5-ci turunda “Qranada”ya qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.

Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, yarımmüdafiəçi, 1:1 hesabıyla bitən görüşü belə şərh edib:

“Erkən qol komandanın oyununu pozur. Yaxşı reaksiya versək də, qolu gec vurduq, ikinci üçün vaxt qalmadı. “Barselona”nın dinamikasını dəyişmək üçün şansımız var. Birlikdə çalışmalıyıq.

Bizə kömək edən azarkeşlərimizlə bu vəziyyətdən çıxmağa çalışacağıq. Komanda uğursuz nəticələr əldə etsə də, azarkeşlərimiz stadiona gəlir, çətin vaxtlarımızda bizi tək qoymurlar”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!