COP29

Yarımmüdafiəçini geri qaytarmağa məcbur etmir - “Barselona”

9 May 18:40 İspaniya 522
Yarımmüdafiəçini geri qaytarmağa məcbur etmir - “Barselona”

“Barselona”nın yarımmüdafiəçisi Qavi hələ də yaşıl meydanlara qayıtmaqdan uzaqdır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun bərpa prosesi 50 faiz tamamlanıb. Onun oktyabr və ya noyabr aylarında meydana qayıdacağı gözlənilir.

Qavi dizinin çarpaz bağlarını zədələyib və ötən ilin noyabrında əməliyyat olunub. Futbolçu daha bir neçə ay reabilitasiya kursu keçməli olacaq.

“Barselona” yarımmüdafiəçini geri qaytarmağa məcbur etmir, çünki onu risklə üz-üzə qoymaq istəmirlər.

19 yaşlı Qavi bu mövsüm İspaniya çempionatında 12 matçda cəmi 1 qol vura bilib.

Digər Xəbərlər
Xəbər Lenti