Zidanın “Real”ı tərk edəcəyi vaxt bəlli oldu

16 May 2021 10:20 İspaniya 827
Zidanın “Real”ı tərk edəcəyi vaxt bəlli oldu

“Real”ın baş məşqçisi Zinəddin Zidan futbolçulara postundan gedəcəyi vaxtı deyib.

Sportinfo.az xəbər verir ki, Zidan futbolçulara 2020/2021 mövsümünün sonunda vəzifəsindən gedəcəyini bildirib.

Zinəddin Zidan “Real Madrid”ə 2019-cu ildən başçılıq edir. O, daha əvvəl - 2016 - 2018-ci illərdə də Madrid komandasının sükanı arxasında olub.

2017-ci ildə Beynəlxalq Futbol Federasiyası (FIFA) və Fransanın nüfuzlu “France Football” jurnalı tərəfindən ən yaxşı məşqçi seçilib.

“Kral klubu” fransalı mütəxəssisin rəhbərliyi altında 3 dəfə Çempionlar Liqasının qalibi və 2 dəfə İspaniya çempionu olub. Bu mövsüm “Real” La Liqada 36 oyundan 78 xal yığıb və turnir cədvəlində ikinci yerdə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti