119 ilə damğasını vuran “Barselona” - 13 mövsümə 10 dəfə

6 Mart 2021 01:24 İspaniya 1 455
119 ilə damğasını vuran “Barselona” - 13 mövsümə 10 dəfə

“Barselona” İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Sevilya”nı məğlub edərək, finala yüksəlib.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi son 13 mövsümdə 10-cu dəfə finala vəsiqə qazanıb.

Bu, turnirin tarixində rekord göstəricidir. 119 ildir keçirilən İspaniya kubokunda heç bir klub 13 mövsümə 10 dəfə finala yüksələ bilməmişdi.

İlk oyunda səfərdə “Sevilya”ya 0:2 hesabıyla uduzan “Barselona”, cavab matçında 3:0-lıq qələbə qazanaraq, adını finala yazdırıb. Kataloniyalılar həlledici matçda “Levante” – “Atletik” cütünün qalibi ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti