İNANILMAZ OLAY! Bir neçə aydır futbolçularla danışmır

22 Yanvar 2021 01:38 İspaniya 883
İNANILMAZ OLAY! Bir neçə aydır futbolçularla danışmır

“Real”ın baş məşqçisi Zinəddin Zidan bir neçə aydır futbolçularla danışmır.

Sportinfo.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşrinin jurnalisti Feliks Dias məlumat yayıb.

O, oyunçuların 48 yaşlı mütəxəssislə danışmaqda çətinlik çəkdiklərini deyib.

“Zidanın “Real”dakı vaxtının bitdiyini göstərən bir sıra problemlər var. Məşqçinin mesajı futbolçulara çatmır. Matçdan sonra bəzi oyunçular mənə Zidanın iki-üç aydır ki, onlarla danışmadığını, onlara məhəl qoymadığını dedi”.

“Real” ötən gün İspaniya kubokunda 3-cü liqa təmsilçisi “Alkoyano”ya uduzaraq (1:2), mübarizəni dayandırıb. Komanda La Liqada lider “Atletiko”dan 4 xal geri qalır və 2-cidir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"