"Yaxşı oynamağa davam etməli, qol vurmalı və qalib gəlməlisən"

19 Oktyabr 22:40 İngiltərə 109
"Yaxşı oynamağa davam etməli, qol vurmalı və qalib gəlməlisən"

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola zədəli futbolçusu Serxio Aqueronun komandadakı gələcəyi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, 49 yaşlı mütəxəssis bunları deyib:

“Serxio indi hamımız kimi “Manester Siti”də qalmağa layiq olduğunu göstərməlidir. Yaxşı oynamağa davam etməli, qol vurmalı və qalib gəlməlisən. Bundan sonra isə klubla qərar verəcəyik.

Əgər Aquero həmişəki səviyyəsində oynayarsa, bənzərsiz olduğu üçün özü ayrılmaq istəyənədək komandada qalacağına şübhə etmirəm. Bu bizim üçün, azarkeşlər üçün, hər kəs üçün vacibdir.

Amma 4 aydır ki, matçlardan kənarda qalıb və qol vurmaq üçün mütəmadi məşq etməlidir. Ən əhəmiyyətlisi budur. Aquero meydanda olanda daha yaxşı çıxış edirik. Keçən mövsüm vacib məqamlarda onun yoxluğunu hiss etmişdik. Buna görə də onun qayıtması yaxşı xəbərdir”.

Digər Xəbərlər
Xəbər Lenti