Premyer Liqada 5 əvəzetmə sayı ləğv edildi

6 Avqust 19:16 İngiltərə 388
Premyer Liqada 5 əvəzetmə sayı ləğv edildi

İngiltərə Premyer Liqası klubları ümumi toplantıda 2020/21 mövsümündə VAR sisteminin tətbiqi və əvəzetmə sayını müzakirə edib.

Sportinfo.az xəbər verir ki, üç əvəzetmədən istifadə qaydasına qayıtmaq barədə qərar qəbul olunub.

Sifariş olunan ehtiyat oyunçuların sayı isə maksimum 7 nəfər ola bilər. Yəni komandalar hər görüşə 18 futbolçu sifariş edəcək.

Əksər iştirakçılar hesab edir ki, koronavirus pandemiyası ilə bağlı fasilədən sonra tətbiq olunan 5 əvəzetmə qaydası böyük klubların işinə yarayır. İclasda həmçinin VAR-dan FİFA qaydalarına tam uyğun şəkildə istifadəsi qərara alınıb.

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) 5 əvəzetmə qaydasını tətbiq olunma müddətini növbəti mövsümün sonuna qədər uzatsa da, hər liqa bununla bağlı qərar vermək səlahiyyətlərini saxlayıb.

Xəbər Lenti
18 Sentyabr 22:00 "Çelsi" icarəyə verdi
18 Sentyabr 19:16 Edin Ceko "Yuventus"da
18 Sentyabr 19:02 25-ci "Qarabağ"la gəldi
18 Sentyabr 18:34 Ay qardaş, ay qardaş…
18 Sentyabr 09:42 Satmaq üçün razılaşdılar