"Biz gələcək üzərində işləyirik" - Qovulacağı deyilən baş məşqçi

11 May 2024 12:20 İngiltərə 1 463
"Biz gələcək üzərində işləyirik" - Qovulacağı deyilən baş məşqçi

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino gələcək planlarından danışıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, argentinalı mütəxəssis gələcək üzərində işlədiklərini bildirib:

“Biz artıq işləyirik və mövsümöncəsi tur planlaşdırırıq. Növbəti mövsümün planlaşdırılması ilə bağlı bir neçə görüşümüz, konfranslarımız oldu. Əlbəttə, biz gələcək üzərində işləyirik”.

Poçettinonun cari mövsümün sonunda istefaya göndəriləcəyi ilə bağlı şayiələr yayılıb. Amma aydındır ki, hər şey komandanın Premyer Liqada son mövqeyindən asılı olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti