Fansalı hücumçunun ayrılmasını istəmir - "Arsenal"

10 İyul 2020 09:56 İngiltərə 445
Fansalı hücumçunun ayrılmasını istəmir -

“Arsenal”ın hücumçusu Aleksandr Lyakazett mövsüm sonunda klubunu dəyişə bilər.

Sportinfo.az xəbər verir ki, fransalı futbolçunun xidmətində “Atletiko” və “Yuventus”un maraqlıdır.

Bildirilir ki, hər iki klub da oyunçu üçün danışıqlara başlayıb. İspaniya təmsilçisinin transferdə daha israrlı olduğu deyilir. "Topçular" fransalı futbolçunun ayrılmasını istəmir. Ancaq tərəflər cari mövsümün sonuna qədər danışıqları davam etdirəcəklər.

29 yaşlı forvard bu il “Arsenal”da keçirdiyi 25 oyunda 8 qol vurub. Onun London təmsilçisi ilə müqaviləsi 2022-ci ildə sona çatır.

Digər Xəbərlər
Xəbər Lenti