Premyer Liqanın daha iki futbolçusunda koronavirus aşkarlandı

24 May 15:40 İngiltərə 125
Premyer Liqanın daha iki futbolçusunda koronavirus aşkarlandı

İngiltərə Premyer Liqasında çıxış edən klublarda koronavirusa görə aparılan növbəti testlərin nəticələri açıqlanıb.

Sportinfo.az xəbər verir ki, 996 nəfərdən götürülən analizlərdən sonra 2 futbolçuda virus aşkarlanıb.

Bu barədə “Sky Sports” nəşri məlumat yayıb. Virusa yoluxan futbolçuların adları açıqlanmır və onlar müxtəlif komandaların üzvləridi.

Premyer Liqa klublarının üzvlərindən götürülən ilk testlərdə 6 nəfərdə virus aşkarlanmışdı.

Xəbər Lenti
14 İyul 10:10 Bravo Sizi gözləyir!
13 İyul 21:00 1 il də "Sumqayıt"da