Daha transfer olmayacaq? - “Mən bu gün heç nə gözləmirəm”

30 Avqust 2024 15:40 İngiltərə 1 375
Daha transfer olmayacaq? - “Mən bu gün heç nə gözləmirəm”

“Liverpul”un baş məşqçisi Arne Slot yay transfer pəncərəsinin son günü haqda danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı bu gün heç nə gözləmədiyini bildirib:

“Bu gün heç nə gözləmirəm. Bununla belə, klubun hansısa məqsədi varsa, o zaman hərəkətə keçməyə hazır olacağıq”.

Arne Slot bu yay “Liverpul”un baş məşqçisi vəzifəsinə keçib. O, komandanın “sükanı arxasında” almaniyalı məşqçi Yurgen Kloppu əvəzləyib.

“Liverpul” İngiltərə Premyer Liqasının iki turundan sonra maksimum nəticə göstərərək 6 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti