Rəşad Sadıqovun arzuladığı nə idi, gördüyü nə oldu? - VİDEO

30 Avqust 2024 14:40 İngiltərə 1 043
Rəşad Sadıqovun arzuladığı nə idi, gördüyü nə oldu? - VİDEO

“Səfərdə sanki “Zirə”li futbolçuları biriləri tutub saxlamışdı.

Düz-əməlli dörd ötürməni ardıcıl yerinə yetirməkdə aciz idilər.

Tərslikdən də qapıya gələn topların əksəriyyəti qolla nəticələndi. Bakıdakı qələbə “Zirə”ni psixoloji cəhətdən rahatladacaq.

Qələbə Azərbaycana ən azından Avropada reytinq xalı gətirdi. “Omoniya” ilə qarşılaşma Rəşad Sadıqov və futbolçuları üçün böyük təcrübə oldu”.

Bu açıqlama ilə “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov çıxış edib.

Tanınmış jurnalist Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Zirə” – “Omoniya” (1:0) matçı barədə danışarkən komandamız adına müxtəlif fikirlər səsləndirib.

O, avrokuboklarda pley-off mərhələsinə gəlməyin “Zirə” üçün böyük uğur olduğunu diqqətə çatdırıb, Rəşad Sadıqovun komandasında çatışmazlıqları sadalayıb.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti