GÜNÜN SUALI - Premyer Liqa nə vaxt bərpa olunacaq?

30 Mart 2020 09:42 İngiltərə 377
GÜNÜN SUALI - Premyer Liqa nə vaxt bərpa olunacaq?

İngiltərə Premyer Liqasında 2019/20 mövsümü yayda 4-6 həftə ərzində tamamlana bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə qərar çempionat rəhbərliyi, İngiltərə Futbol Assosiasiyası və Peşəkar Futbolçular Assosiasiyası arasındakı tele-konfrans zamanı verilib.

Müzakirələr nəticəsində qarşılaşmaların azarkeşsiz keçiriləcəyi vurğulanıb. Bildilib ki, turnir iyulda davam etdirilməlidi.

İngiltərə Premyer Liqası martın 13-də koronavirusa görə dayandırılıb. Əvvəlcə mövsümün aprelin 3-də bərpa olunacağı açıqlansa da, müddət aprelin 30-dək uzadılıb. 29 turdan sonra "Liverpul" 82 xalla liderdi və ən yaxşı izləyicisi "Mançester Siti"ni 25 xal qabaqlayır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı