Premyer Liqada ayın baş məşqçisi kim oldu?

18 Mart 01:52 İngiltərə 114
Premyer Liqada ayın baş məşqçisi kim oldu?

İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı baş məşqçisi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, "Börnli"nin çalışdırıcısı Şon Dayç bu mükafata layiq görülüb.

48 yaşlı mütəxəssis bu mükafat uğrunda mübarizədə Mikel Arteta ("Arsenal"), Ole-Qunnar Sulşayer ("Mançester Yunayted") və Kris Uelderi ("Şeffild Yunayted") qabaqlayıb.

İngilis mütəxəssis 2-ci dəfə bu mükafatı qazanıb. "Börnli" ötən ay keçirdiyi 5 oyunun 2-də qalib gəlib, 3-də heç-heçə edib.

Xəbər Lenti
31 Mart 13:26 Məsut ata - FOTO