“Mən buna əmin deyildim, ona görə də belə qərar verdim”

27 Fevral 15:46 İngiltərə 216
“Mən buna əmin deyildim, ona görə də belə qərar verdim”

“Mançester Siti” Çempionlar Liqasının 1/8 finalının ilk qarşılaşmasında səfərdə “Real”a qalib gəlib – 2:1.

Sportinfo.az xəbər verir ki, “Siti”nin baş məşqçisi Xosep Qvardiola bu oyunda Serxio Aquero ilə Rahim Sterlinqi ehtiyatda saxlayıb.

O, qarşılaşmadan sonra qərarını belə izah edib: “Qərar gəldim ki, Qabrel Jesusu meydana buraxım. Aqueronun da lehinə qərar verə bilərdim.

Belə qərarı bir neçə səbəbə görə qəbul etdim. Əgər dəyişiklik etməyə lüzum olursa, bunu oyunun gedişində edirik.

Ola bilsin ki, Rahim Sterlinq 90 dəqiqə oynamağa qadirdir. Amma mən buna əmin deyildim. Ona görə də belə qərar verdim”.

Xəbər Lenti