1001 gündür uduzmur

20 Yanvar 2020 14:54 İngiltərə 955
1001 gündür uduzmur

İngiltərə Premyer Liqasının 23-cü turunda evdə "Mançester Yunayted"ə 2:0 hesabı ilə qalib gələn "Liverpul" klubu məğlubiyyətsizlik seriyasını davam etdirir.

Sportinfo.az xəbər verir ki, Yurgen Kloppun rəhbərlik etdiyi komanda artıq 1001 gündür ki, Premyer Liqada uduzmur.

"Mersisaydlılar" sonuncu dəfə 2017-ci ilin 23 aprelində evdə "Kristal Palas"a 1:2 hesabı ilə məğlub olub. Həmin vaxtdan bu yana 52 qələbə və 10 heç-heçə edən Liverpul təmsilçisini hələlik məğlub edən komanda yoxdur.

Cari mövsüm Premyer Liqada keçirdiyi 22 oyundan sonra 64 xalla turnir cədvəlinə başçılıq edən "Liverpul" klubu ən yaxın izləyicisi "Mançester Siti"ni 16 xal qabaqlayır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu