"Arsenal"dan 9 dəqiqəyə 3 qol və əzmkar qələbə - VİDEO

10 Dekabr 2019 10:57 İngiltərə 843
"Arsenal"dan 9 dəqiqəyə 3 qol və əzmkar qələbə - VİDEO

İngiltərə Premyer Liqasının 16-cı turuna London derbisi ilə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, heç də yaxşı günlərini yaşamayan və bugünlərdə reallaşan Unay Emerininin istefasından sonra baş məşqçi postuna gətirilən London klubunun sabiq yarımmüdafiəçisi Fredrik Yunberq ikinci rəsmi oyununu əzmkar qələbə ilə başa vurmağa müvəffəq olub.

Hərçənd qarşılaşma "topçular" üçün yaxşı başlamamışdı və ilk hissədən sonra hesabda geridə idilər. Lakin ikinci hissə başlar-başlamaz əzmkarlıq nümayiş etdirən Yunberqin komandası 9 dəqiqəyə 3 qol vuraraq vacib qələbə qazanıb - 3:1.

Digər Xəbərlər
Xəbər Lenti