
Yeni sponsorla daha iddialı "Kəpəz" görəcəyik.
Bu fikir futbol eksperti Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində Gəncə təmsilçisinin perspektivi haqda söz açıb.
Bildirib ki, himayədar tapan klubun həyatında növbəti mərhələ başlayıb.
Tanınmış teleşərhçi qeyd edib ki, "sarı-göylər"i himayəsinə götürən şirkət kifayət qədər məqsədlidir və "Kəpəz"lə bağlı böyük inkişaf planları qurub.
Deyib ki, uzun illərdir futbol sahəsində çalışan Erkin İbrahimovdan gözləntilər böyükdür.
Çünki sözügedən şəxs menecer olaraq özünü qəbul etdirib və indi o, İdarə Heyətinin sədrinin idman məsələləri üzrə müşaviri kimi yeni iş yerində mühüm işlər görməyə çalışacaq.
Abbasov "Kəpəz"in əvvəllər daim yüksək hədəflər uğrunda mübarizə apardığını, son üç mövsümdə isə Premyer Liqada qalmaq vəzifəsinin öhdəsindən çətinliklə gəldiyini xatırladıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN