Dünya çempionu klubunu dəyişməyə hazırlaşır - Elə bu aralar

01:40 İngiltərə 96
Dünya çempionu klubunu dəyişməyə hazırlaşır - Elə bu aralar

Argentina millisinin və “Aston Villa”nın qapıçısı Emiliano Martinez cari mövsümün sonunda klubunu tərk edə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı qolkiper yay transfer dönəmində komandasını dəyişmək niyyətindədir.

Onunla Avropanın müxtəlif klublarından, həmçinin, Səudiyyə Ərəbistanı çempionatından maraqlananlar var.

Ancaq Martinez hələlik Yaxın Şərqə yollanmaq niyyətində deyil. O, yüksək səviyyədə çıxış etməyə davam edərək 2026-cı il dünya çempionatına ideal formada yollanmaq istəyir.

Argentinalı dünya çempionu bu mövsüm “Aston Villa”nın heyətində 52 oyuna çıxıb, 61 qol buraxıb və 15 matçda qapısını toxunulmaz saxlayıb.

Digər Xəbərlər
Xəbər Lenti