
İngiltərə Premyer Liqasının 37-ci turunda “Çelsi” öz meydanında “Mançester Yunayted”i 1:0 hesabı ilə məğlub edib.
Bu, London klubunun UEFA Çempionlar Liqasına düşmək uğrunda mübarizəsini davam etdirməsi baxımından əhəmiyyətli nəticə olub.
Matçdan sonra “Mançester Yunayted”in portuqaliyalı baş məşqçisi Ruben Amorim oyunla bağlı fikirlərini bölüşüb.
Sportinfo.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, komandasının hücum zonasında lazımi qədər aqressivlik göstərmədiyini bildirib:
“Oyuna yaxşı başladıq. Tempimiz yerində idi, hər şey qaydasında görünürdü, amma son zonada daha aqressiv olmalı idik.
Bəzən pressinq edib qol vurmaq istəyirsən, amma əksinə, konsentrasiyanı itirirsən. Bir az da bəxtimiz gətirmədi. Uduzmaq həmişə xoşagəlməzdir”.
“Çelsi” son dəfə İngiltərə çempionu adını 2017-ci ildə qazanıb. Bu qələbə komandanın turnir cədvəlindəki mövqeyini möhkəmləndirib.