Acun "Neftçi" və "Qarabağ"da işləmiş məşqçini öz klubundan QOVDU!

17 May 2025 00:50 İngiltərə 944
Acun "Neftçi" və "Qarabağ"da işləmiş məşqçini öz klubundan QOVDU!

"Hall Siti" baş məşqçisi Ruben Selleslə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İspaniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 41 yaşlı çalışdırıcının işi klub rəhbərliyini qane etmədiyi üçün bu qərarın verildiyi bildirilib.

Selles ötən ilin dekabr ayında türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu "Hall Siti"nin baş məşqçisi təyin olunmuşdu.

Ruben Selles daha əvvəl Azərbaycanda çalışıb. O, 2012-2014-cü illərdə "Neftçi"də, 2015-2017-ci illərdə isə "Qarabağ"da köməkçi məşqçi vəzifəsində işləyib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM