“Bu klub son 10 ildə futbolçular üçün qəbiristanlığa çevrilib”

12:20 İngiltərə 128
“Bu klub son 10 ildə futbolçular üçün qəbiristanlığa çevrilib”

“Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill komanda haqqında tənqidi fikirlər səsləndirib.

Sportinfo.az “goal.com”-a istinadən xəbər verir ku, o, son 10 ildə “Old Trafford”a gələn futbolçuların inkişaf etmədiyini bildirib:

“Mançester Yunayted” son 10 ildə bu kluba gələn futbolçular üçün qəbiristanlığa çevrilib. Yeganə istisna Bruno Fernandesdir.

Ondan başqa, heç bir futbolçu burada daha yaxşı səviyyəyə yüksəlməyib. Anxel Di Mariya, Bastian Şvaynştayger kimi ulduzlar isə əksinə, geriləyiblər”.

“Mançester Yunayted” cari Premyer Liqa mövsümündə uğursuz çıxış edir. Komanda çempionatın son iki turu ərəfəsində turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Buna baxmayaraq, Ruben Amorimin rəhbərlik etdiyi komanda Avropa Liqasında finala vəsiqə qazanıb və həlledici qarşılaşmada “Tottenhem”lə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti