"Sən hiss edirsən ki, Çempionlar Liqası olmadan gələcək qurmaq mümkün deyil"

01:40 İngiltərə 75
"Sən hiss edirsən ki, Çempionlar Liqası olmadan gələcək qurmaq mümkün deyil"

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim komandanın əsas məqsədinin Avropa Liqasını qazanmaq deyil, UEFA Çempionlar Liqasına vəsiqə əldə etmək olduğunu bildirib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis təkcə Avropa Liqasında qələbənin onlar üçün yetərli olmadığını deyib:

“Çempionlar Liqası bizim əsas hədəfimizdir. Hər şey vacibdir: idman baxımından inkişaf, növbəti mövsümə hazırlıq, klubun statusu. Təkcə Avropa Liqasında qələbə bizim üçün yetərli deyil.

“Mançester Yunayted”də sən hiss edirsən ki, Çempionlar Liqası olmadan gələcək qurmaq mümkün deyil. Buna görə də, bizim üçün bu turnir çempionluqdan da, kubokdan da daha böyük əhəmiyyətə malikdir”.

Hazırda Premyer Liqada 39 xalla 16-cı pillədə qərarlaşan “Mançester Yunayted” hələ də Avropa Liqasında qələbə sayəsində Çempionlar Liqasına vəsiqə qazanmaq şansını qoruyur. Komanda bu turnirin finalında mayın 21-də “Tottenhem”lə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 May 11:00 İş var, güc var!