Premier Liqa klubunun hücumçusu qapı dirəyinə dəydi, komaya düşdü - FOTOLAR

15 May 2025 15:20 İngiltərə 618
Premier Liqa klubunun hücumçusu qapı dirəyinə dəydi, komaya düşdü - FOTOLAR

“Nottingem Forest”in hücumçusu Tayvo Avoniyinin vəziyyəti pisləşib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın 36-cı turunda “Lester”lə 1:1 hesabı ilə bitən oyunda qapı dirəyinə çırpılan forvard komaya düşüb.

O, toqquşmadan dərhal sonra xəstəxanaya aparılmışdı və qarın nahiyəsindən əməliyyat edilmişdi.

27 yaşlı nigeriyalının durumu dünən gecə pisləşib. Həkimlər komaya düşən oyunçu barədə başqa bilgi vermir.



Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti