Kapitanı əvəz edəcək oyunçunu tapdı - Premyer Liqanın iştirakçısı

15 May 2025 00:20 İngiltərə 547
Kapitanı əvəz edəcək oyunçunu tapdı - Premyer Liqanın iştirakçısı

“Atletik”in yarımmüdafiəçisi Oyan Sanset karyerasını İngiltərədə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Football Transfers” məlumat yayıb.

25 yaşlı futbolçunun xidmətində “Mançester Yunayted” maraqlıdır. Onlar portuqaliyalı futbolçu Bruno Fernandesin yerini doldurmaq üçün Sansetin namizədliyini nəzərdən keçirir.

Fernandeslə Səudiyyə Ərəbistanı klublarının ciddi maraqlandığı bildirilir.

Sansetin “qırmızı şeytanlar”a keçidinin təşəbbüskarı isə “Mançester Yunayted”in baş məşqçisi Ruben Amorimdir. Onun “Atletik”lə müqaviləsinin müddəti 2032-ci ilin yayında başa çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti