Onun transferi üçün 40 milyon ayırmağa hazırdır – Premyer Liqanın yeni çempionu

00:10 İngiltərə 77
Onun transferi üçün 40 milyon ayırmağa hazırdır – Premyer Liqanın yeni çempionu

Leverkuzen “Bayer”inin müdafiəçisi Ceremi Frimponq karyerasını İngiltərədə davam etdirə bilər.

Sportinfo.az “Mirror Football”-a istinadən xəbər verir ki, “Liverpul” niderlandlı futbolçunu heyətinə qatmaq niyyətindədir.

Mersisayd təmsilçisinin rəhbərliyi 24 yaşlı oyunçunun transferi üçün 40 milyon avroluq büdcə ayırmağa hazırdır.

Frimponqun “Bayer”lə müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir. O, Almaniya klubunun heyətinə 2021-ci ilin yanvarında qoşulub.

Cari mövsümdə Bundesliqada 33 oyunda meydana çıxan futbolçu 5 qol vurub və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti