
İngiltərəli müdafiəçi Kayl Uolker karyerası ərzində qarşılaşdığı ən çətin və narahat hücumçunun adını açıqlayıb.
Sportinfo.az “painetamilan.it”-ə istinadən xəbər verir ki, Uolkerə görə, bu, nə Kilian Mbappe, nə Sadio Mane, nə də Vinisius Junior və ya Neymardır.
Onun üçün ən çətin rəqib fransalı futbolçu Samir Nəsri olub:
“İnsanlar Mbappe, Mane, Vinisius, Neymar və digərlərini deyə bilər. Mənim üçün isə bu futbolçu Samir Nəsri idi. Ona qarşı oynamaq çox narahat idi, xüsusilə də, o, Qayel Klişi ilə yaxşı anlaşanda”.
Nəsri vaxtilə “Arsenal”, daha sonra isə “Mançester Siti”də çıxış edib.
Kayl Uolker 2025-ci ilin əvvəlindən etibarən “Milan”ın şərəfini qoruyur.