"Biz ən yaxşı oyunçularımızı saxlamaq istəyirik" - Premyer Liqa məşqçisi

00:20 İngiltərə 126
"Biz ən yaxşı oyunçularımızı saxlamaq istəyirik" - Premyer Liqa məşqçisi

“Nyukasl”ın baş məşqçisi Eddi Hou komandanın hücumçusu Aleksander İsakın gələcəyi ilə bağlı açıqlama verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ən yaxşı oyunçuları komandada saxlamaq istədiklərini deyib:

“Mən komanda qurmaq və gələn mövsüm üçün mümkün olan ən güclü heyəti istəyirəm. Ümid edirəm ki, burada çalışacaq bir şey var.

Biz ən yaxşı oyunçularımızı saxlamaq istəyirik. Düşünürəm ki, bunu açıq şəkildə ifadə etdim.

Bu, təkcə mənim deyil, klubdakı hər kəsin arzusudur”.

İsakın çıxışı onu yay transfer pəncərəsi ərəfəsində Avropanın ən çox arzulanan hücumçularından birinə çevirib.

Buna baxmayaraq, “Nyukasl”ın direktorlar şurasının sədri Yaser Əl-Rumayyan komanda rəhbərliyinə dəfələrlə futbolçunun saxlanılmalı olduğunu və ən şirnikləndirici təkliflərə belə, təslim olmayacaqlarını bildirib.

Digər Xəbərlər
Xəbər Lenti