
“Aston Villa”nin qapıçısı Emiliano Martinez karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.
Sportinfo.az “Telegraph”-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubları argentinalı futbolçunu cari mövsümün sonunda almaq istəyirlər.
Martinezin İngiltərə klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin ortalarına qədərdir. Argentina millisinin qapıçısı komandanın ən yüksək maaş alan oyunçularından biridir.
33 yaşlı qolkiper İngiltərə çempionatının cari mövsümündə 33 oyun keçirib və 45 qol buraxıb.