
“Çelsi”nin hücumçusu Kristof Nkunku yay transfer pəncərəsində klubunu dəyişə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul” fransalı forvardı heyətinə qatmaqda maraqlıdır.
Müqavilə yay transfer pəncərəsində tamamlana bilər.
Nkunkunun bazar dəyəri 45 milyon avro olaraq qiymətləndirilir. Onun London klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayının sonuna kimidir.
21 yaşlı hücumçu bu mövsüm Premyer Liqada 27 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.